Onlardan biri Ukraynanın Baş Naziri ola bilər - Namizədlər açıqlandı

onlardan-biri-ukraynanin-bas-naziri-ola-biler
Oxunma sayı: 1334

Ukraynanın Baş Naziri postuna 4 nəfərin namizədliyi irəli sürülüb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə hakim “Xalqın xidmətçisi” partiyasının nümayəndəsi David Araxamiya məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin rəhbəri postuna “Naftoqaz”ın rəhbəri Andrey Kobolyevin, icraçı direktoru Yuri Vitrenkonun, Prezident Administrasiyanın rəhbər müavini Aleksey Qonçarukun, Beynəlxalq Valyuta Fondunun Ukraynadan olan icraçı direktor müavini Vladislav Raşkovanın namizədliyi verilib.