“Hacıbaba Bağırovu, Səyavuş Aslanı ata kimi görmüşəm. Öz rollarını mənə veriblər, qayğı göstəriblər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Arif Quliyev “Şou ATV” proqramında deyib.
Məşhur aktyor ötən illərini xatırlayaraq kövrəlib: “Öz mənəvi atalarımı itirdim. Onların ölümündən sonra yenə yetim qaldım. Hər ikisi həmişə gənclər üçün örnək olub. Biz dünənimizi qamçılaya bilmərik, buna ixtiyarımız yoxdur. Deyirlər ki, keçmiş filmlərimizdə də bayağılıq olub. Amma belə deyil. O işləri qaldırmaq lazımdır”.
Son xəbərlər
Son Xəbərlər