“Onları bağışlamayacağam” - Arda Turan

onlari-bagislamayacagam-
Oxunma sayı: 2240

Çexiya üzərində 2:0 hesablı qələbədən sonra Türkiyə millisinin kapitanı Arda Turan açıqlama verib.

Qafqazinfo” xəbər verir ki, o, haqqında deyilən tənqidlərə cavab verib. Arda onu söyənləri heç vaxt bağışlamayacağını bildirib. Xorvatiya və İspaniya ilə oyunlardan sonra azarkeşlərin tənqid hədəfinə çevrilən futbolçu heç kimə küskün olmadığını, amma anasına görə çox üzüldüyünü bildirib:

“Biz nə pul düşkünü olduq, nə də mükafat almaq üçün oynadıq. Pul almaq üçün Türkiyə millisində oynamadıq. Heç kimdən inciməmişəm. Gərək anamı ağlatmayaydılar. Buna görə onları bağışlamayacam. Amma indi yeri deyil”.

Turan gələcək Türkiyə millisindəki oyunları haqda da danışıb: “Əslində bizim kimi ölkələrin belə turnirlərdə olması da yaxşı nəticədir. Biz Türkiyənin uğurları üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Milli komandada 90 oyun oynadım. Beş pis oynadığım oyunu göstərənə bütün sərvətimi verərəm”.