“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, teleaparıcı canlı efirdə yerli telekanallara söz ataraq, bunları deyib: "Dəyərli qonaqlarımızı yayın bu istisində efirimə dəvət etmişəm. Bir müğənni öz-özünə haqqımda nələrsə danışırmış. Bilmirəm nə demək istəyib. Ona demək istəyirəm ki, müğənniləri efirimizə pulsuz çağırırıq. Bəzi kanallar kimi onları efirə çağırıb, pul almırıq. Dəvət edirik, gəlin, reklam edin özünüzü. Bilmirəm amma o ifaçı niyə bunları deyib. Həmişə bizə təşəkkür edirlər ki, unudulmuş, yaddan çıxmış müğənniləri yada salıb, efirə çıxardırsınız".
Qeyd edək ki, bir müddət öncə, ATV telekanalında müğənnilərdən pul alaraq efirə çıxartması barəsində xəbərlər yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər