Prodüser Təranə Səmədova yeni işbirliyinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, prodüser açıqlamasında yeni yaranan bir qrupla əməkdaşlıq edəcək.
““Gündəm” adlı qrupla çalışmağa başlamışam. Qrup yeni yaranıb, 3 aya yaxındır ki, fəaliyyət göstərir. Gördüm ki, istedadlı və tərbiyəli gənclərdir. Özlərinə qiymət verən mədəni uşaqlardır. Səhnəyə də yaraşırlar. Düşünürəm ki, adlarına uyğun olaraq onları gündəmdə saxlaya bilərəm”,-deyə T.Səmədova bildirib.


Son xəbərlər
Son Xəbərlər