“Onları heç vaxt üzə çıxarmayacam” – Mətanət İsgəndərli

onlari-hec-vaxt-uze-cixarmayacam-metanet-isgenderli
Oxunma sayı: 2013

“Qafqazinfo”nun məlumatına görə, ifaçı sözləri Türkiyənin məhşur nəğməkar şairəsi Ayşe Birgül Yılmaza, musiqisi isə Elza Seyidcahana məxsus “Gözlərin” adlı mahnıya klip çəkdirir. Bu barədə Mətanət İsgəndərli özü açıqlama verib. “Elza ilə illərdir rəfiqəyik. Amma bu il ərzində Elza mənə bir mahnı hədiyyə edib. Əslində, mahnı 5 il bundan əvvəl oranjeman olunub. Çox gözəl musiqidir. Mahnının sözləri çox təsirldir. İnşallah yaxın günlərdə klipə də şahid olarsınız. Mətanəti tanıyanlar bilir ki, hər yay bir hit mahnısına klip çəkdirir”.

Əməkdar artist bildirib ki yay aylarında kliplə yanaşı yazdığı şerlərdən ibarət də albom da çıxaracaq: “Bəzən mən o qədər doluram ki, kənara çəkilib başlayıram ürəyimdən keçənləri bir-bir yazmağa. Mən onlara şer deməzdim, o mənim özümlə söhbətimdir. Yazanda elə bilirəm ki, sakitləşirəm. Amma şerlərimdən elələri var ki, onları heç vaxt üzə çıxartmayacağam”