Onların abidələri Şəhidlər Xiyabınına gətirilsin

onlarin-abideleri-sehidler-xiyabinina-getirilsin
Oxunma sayı: 3079

Deputat Qənirə Paşayeva Şuşanın simvolu olan Xurşidbanu Natəvan, Bülbül, Üzeyir Hacıbəyovun abidələrinin ya Şəhidlər Xiyabınına, ya da Dənizkənarı Milli Parkın ərazisinə qoyulmasını təklif edib.

“Qafqazinfo” xəbər verir ki, deputat qeyd edib ki, bu abidələr erməni vandalizminin qurbanıdır: “Onların heykəli bu gün İncəsənət Muzeyininin həyətindədir. Yaxşı olar ki, Şəhidlər Xiyabanına qoyulsun. Çünki Şəhidlər Xiyabanını protokol qaydasında rəsmilər də ziyarət edir, həm də turistlər ziyarət edir. Ya da abidələr Dənizkənarı Milli Parka qoyulsun. Nazirlər Kabinetindən çox xahiş edirik ki, bu abidələr iki yerdən birində yerləşdirilsin. Gələn insanlar da bu abidələrin nə vəziyyətə salınmasını görməklə Ermənistanın iç üzünü görsünlər”.

Deputat Jalə Əliyeva da eyni təkliflə çıxış edib. O qeyd edib ki, Xan qızı Natavanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün uzun illər boyu işğal altındakı torpaqlarımızda vandalizmə məruz qalan heykəlləri Ümummilli lider Heydər Əliyevin səyləri və müdaxiləsi ilə Bakıya gətirilib: “Həmin heykəllər o zamandan bəri İncəsənət Muzeyinin arxa həyətində saxlanmaqdadır. Bizcə bu şəhid heykəllər, şəhərin görməli yerlərindən birində, məsələn, Şəhidlər Xiyabanında nümayiş etdirilə bilər. Ümumiyətlə 20-ci əsrdə bir neçə dəfə soyqırımına, repressiyalara məruz qalan bir xalqın tarixi həqiqələrini və haqqımızın geri qaytarılması uğrunda həyata keçirilən dövlət siyasətini əks etdirən eksponatlardan ibarət bir muzeyin açılmasına ehtiyac var”.

Günel Türksoy