Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov namizədliyini geri götürənlərin adlarının seçki bülletenindən çıxarılıb çıxarılmayacağına aydınlıq gətirib.
“Qafqazinfo” secki-2020.az saytının xəbərinə görə, MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, əgər namizədliyini geri götürən şəxsin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, onun adının üstündən xətt çəkiləcək:
“Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, onun adını bülletendən çıxaracağıq. Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç bir seçki bülleteninə düşməsin”.
Son xəbərlər
Son Xəbərlər