“Onların Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir” - Zaxarova

onlarin-cenubi-qafqazla-bagli-siyasetini-proqnozlasdirmaq-cetindir
Oxunma sayı: 1575

“Moskva Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəkləyir və normallaşmanın bütün yolları üzrə lazımi yardımı göstərməyə həmişə hazırdır. Lakin ABŞ və Aİ-nin regionun işlərinə qarışması yaxşı heç nəyə gətirib çıxarmadı”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“3+3” regional məsləhətçi platformasına gəlincə, Zaxarova onu Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında dialoqun qurulması üçün perspektivli mexanizm adlandırıb.

O qeyd edib ki, bu formatın Qərblə heç bir əlaqəsi yoxdur, onun öz vəzifələri və məqsədləri var.

Zaxarova bildirib ki, Tramp administrasiyasının Cənubi Qafqazla bağlı quracağı siyasəti isə hələlik proqnozlaşdırmaq çətindir.