“Onların da ümid yeri mənəm…” - Əməkdar artist

onlarin-da-umid-yeri-menem
Oxunma sayı: 725

“Sənət dostlarım da, rəfiqələrim də deyirdilər ki, özünə qarşı diqqətli ol. Qız var, o deyir ki, bax səni döyəcəm, dur filan şeyi geyin, bu yerə gedək”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əməkdar artist Nüşabə Ələsgərli “Şou məkan” verilişinə açıqlamasında deyib. 

Müğənni ruhdan düşdüyünü qeyd edib:

“Təmiz ruhdan düşmüşdüm. Qohumlarım: bibim, xalalarım, hamısı deyir ki, sən belə olanda biz əsəbiləşirik. Allaha da xoş getmir. Balaların var. Başına səndən də ağır iş gələn insanlar var. Bəs onlar nə etsinlər?”.

Ələsgərli dünyasını dəyişən bacısının övladına analıq etdiyini söyləyib:

“Hamı mənə deyir ki, övladlarını düşün. Axı mənim öz övladlarımdan başqa, bacımın da uşaqları var. Onların da ümid yeri mənəm, onlara analıq edirəm. Böyüyəndən sonra mən anamın anası oldum. Ərköyünlüyü də vardı. Nazını mən çəkirdim. Üstümdə hökmranlığı da var idi.

Anam 2014-cü ildə bacımım xəstəliyini eşidəndə vəziyyəti ağırlaşdı. Əməliyyat olundu. Yaxşı idi. 2015-ci ildə halı pisləşdi. Anam özünə diqqət yetirmədi. Onu gərək elə o vaxt Türkiyəyə aparardım. Özümü qınayıram”.