“Çempionlar Liqasında hər ölkənin çempionları mübarizə aparır. 4-5 ölkə var idi ki, onların çempionlarıyla oynamaq istəməzdim, bunlardan biri də Gürcüstan idi. Çünki Gürcüstan futbolu həmişə özünəməxsusluğuyla seçilib”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq. Bugünkü püşkün nəticəsi barəsində klub saytına açıqlama verən kapitan rəqibi şərh edib: “Rəqibimiz də ötən mövsüm çempion olub. Komandanı yaxşı təhlil edib, daha yaxından tanımağa çalışacağıq. Şansları bərabər dəyərləndirirəm. Cavab oyununun səfərdə olması isə rəqib üçün üstünlükdür. “Samtredia”nın daha bir üstünlüyü odur ki, Gürcüstanda hazırda çempionat davam edir. Bizim komanda isə istirahətdən gəlir və bir çox futbolçumuzun oyuna qədər optimal forma yığması çox çətin olacaq, vaxtımız da azdır. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Oyuna yaxşı hazırlaşıb lazım olan nəticəni qazanmağa çalışacağıq”.
Son xəbərlər
Son Xəbərlər