“Onların əlində tək bir fakt, dəlil yoxdur” - Zaxarova

onlarin-elinde-tek-bir-fakt-delil-yoxdur
Oxunma sayı: 1552

İngiltərə keçmiş rusiyalı agent Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı istintaq çərçivəsində heç bir beynəlxalq mexanızmi işə salmayıb.

“Qafqazinfo” xəbər verir ki, bunu “Rossiya 1” telekanalının "60 dəqiqə" proqramının qonağı olan Rusiya Xarici işlər nazirliyinin sözcüsü Mariya Zaxarova bildirib.

“İngiltərə təməlində beynəlxalq hüququn durduğu bircə mexanizmi belə işə salmayıb.

Zəhər haqqında heç bir şey bilinmir, gəlin açıq və obyektiv danışaq, Tereza Mey də heç bir şey bilmir, əlində tək bir fakt, dəlil yoxdur. Ona kimlərin və necə məlumat verdiyi bilinmir”,- deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, İngiltərə baş verən hadisə ilə əlaqədar 23 rusiyalı diplomatın ölkəni tərk etməsi üçün 1 həftə vaxt verib.