“Onların haqqını yeyən bir qurum var”

onlarin-haqqini-yeyen-bir-qurum-var
Oxunma sayı: 3833

“Bir az əvvəl ləğv prosesində olan “AG Bank”ın Kreditorlar Komitəsinin açıq iclasının keçirilməsinə Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən imkan verilməyib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri hüquqşünas, bağlanan “AG Bank”ın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov deyib.

Komitə sədrinin iddiasına görə, polis gücünə mətbuatın binaya daxil olmasının qarşısı alınıb. Həmçinin hüquqşünas ləğv prosesində olan digər 21 bankın kreditorlarına müraciət edərək birləşməyə çağırıb:

"ƏSF-in rəhbəri Azad Cavadov və Vüqar Abdullayev olanda heç bir məhdudiyyət yox idi. Görünən odur ki, ötən 3 il ərzində ƏSF-in daha da qeyri-şəffaf olmasının səbəbi qanunsuz əməllərinin artmasıdır. Hazırda bütün müflis bankların kreditorlarının qurultayının keçirilməsini də müzakirə edirik. Onların haqqını yeyən bir qurum var - ƏSF. Ona qarşı və haqlarının təmin oluması üçün kreditorlar birləşməlidir!

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən tədbirə hər hansı müdaxilə edilməyib, hüquqazidd hal baş verməyib.

İddia ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondu (ADİF) ilə də əlaqə saxladıq. Qurumdan bununla bağlı rəsmi açıqlama yayacaqlarını bildirdilər. 

Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun (ADİF) İcraçı direktoru Tural Piriyevdir.

Zaur Mirzə