Onların həyatına ermənilər son qoydu... - Fotolar

Onların həyatına ermənilər son qoydu...
Oxunma sayı: 9279

Məlum olduğu kimi, elan edilmiş humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri ötən gün Bərdəni ikinci dəfə raket atəşinə tutub. Nəticədə 21 mülki şəxs həlak olub, 70-dən çoxu yaralanıb. Ümumi olaraq 2 gün ərzində Bərdədə ermənilər tərəfindən öldürülən mülki vətəndaşlarımızın sayı 26-ya çatıb. 

“Qafqazinfo” dünən ermənilərin öldürdüyü mülki şəxslərin bir neçəsinin fotosunu təqdim edir:

1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu. O, Bərdə şəhər Tam Orta Məktəbində fizika müəllimi kimi çalışırdı.  

1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu. Mərhum üç övlad atası olub. 


 
1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu. Mərhum iki övlad atası olub. 

Bərdə şəhər sakini, 1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu.

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu. Mərhum Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olub. 

Bərdə şəhər sakini, 1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu. İki uşaq atası olan mərhumun hadisə zamanı anası və 4 aylıq övladı da yaralanıb. 

Fotolar: Tural Hüseynli