“Onların maaşının qalxması təqdirəlayiqdir”

onlarin-maasinin-qalxmasi-teqdirelayiqdir
Oxunma sayı: 1862

Deputat Çingiz Qənizadə Hesablama Palatasının üzvlərinin maaşlarının artırılmasına müsbət yanaşır.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb. Deputat qeyd edib ki, mətbuatda bu məsələ ilə bağlı bəzi fikirlərlə tanış olub: “Bildirilir ki, üzvlərin maaşları ilə parlamentin sədr müavinlərinin, deputatlarının maaşı az qala eyni səviyyədədir. Amma mən hesab edirəm ki, Palatanın üzvlərinin maaşının artırılmasına ehtiyac var. Bura  Azərbaycandır. Bilirik ki, Hesablama Palatası da elə bir qurumdur ki, həmin qurumdan bir çox insanların xahişi ola bilər.

Zamanında yol polisində baş verən korrupsiyanın qarşısını almaq üçün onların maaşlarının artırılması məsələsinə baxdıq. Bu öz müsbət nəticəsini verdi. Bu baxımdan Palatanın üzvlərinin əməkhaqqısının artırılması təqdirəlayiqdir”.

Günel Türksoy