“Onların məlumatları real vəziyyəti əks etdirmir” - MN

onlarin-melumatlari-real-veziyyeti-eks-etdirmir-
Oxunma sayı: 3165

Ermənistan kütləvi informasiya vasitələrində cəbhəboyu zonada baş verən hadisələrlə bağlı bir-birinin ardınca yalan məlumatlar yayılmaqda davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, cəbhədə baş verən hadisələr haqqında mütəmadi olaraq nazirliyin rəsmi internet səhifəsində məlumatlar yerləşdirilir:

“Ermənistan KİV-nin yaydığı məlumatlardan istifadə etməməyi tövsiyə edirik. Çünki onların məlumatları yalandır, şayiədir və real vəziyyəti əks etdirmir”.