“Onların mənə güvəni seçimimdə rol oynadı” - Eddi

onlarin-mene-guveni-secimimde-rol-oynadi
Oxunma sayı: 1065

Azərbaycan milli komandasının üzvü, İspaniyanın “Kordoba” klubunda çıxış edən Eddi İsrafilov məşhur “Marka” nəşrinə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Yeni klubunuzda özünüzü necə hiss edirsiz?

- Burda xoşbəxtəm və özümü rahat hiss edirəm. Tam adaptasiya olmuşam.

- Bu komanda haqqında nə düşünürsünüz?

- “Kordoba”da uğur qazanmaq istəyirəm. Burada yaxşı futbolçular var. Hər zaman yaxşı atmosfer olur və meydanda yaxşı oynamağımıza təsir edir.

- Komandanın La-Liqaya çıxmaq şansı var?

- Əlbəttə. Biz bu komanda ilə yüksək hədəflərə çata bilərik. Bizim məqsədimiz pley-off-da yaxşı oynamaqdır. Çempionatda da özümüzü göstərməliyik.

- Burda nə qazanacaqsız?

- Ən əsası təcrübə.

- Baş məşqçi Xose Luis Oltra haqqında nə fikirləşirsiz?

- O, çox yaxşı məşqçidir və həmişə Oltra kimin meydanda nə etməli olduğunu yaxşı bilir. Bizi oyunlara yaxşı motivasiya edir.

- Meydanda ən çox nə istəyirsiz?

- Luso ilə oynayanda daha çox hücuma gedən zaman vaxtında geri qayıtmağımı xahiş edir. Viktorla isə fərqlidir. Onunla oynayanda meydanın mərkəzini bacardığım qədər tərk etməməyi tapşırır.

- Karyeranızda yeni səhifə açılıb. Bu mərhələdə nə baş verəcək?

- Əsas məqsədim maksimum gücümü göstərməkdir. “Kordoba” ilə uğur qazanmaq əla olar.

- La-Liqadan Sequndaya gəldiniz. Bunu nə ilə əlaqləndirmək olar?

- Daha çox meydana çıxmaq istəyi ilə. Klubun mənə etimadı, Oltranın güvəni məni həvəsləndirir.

- Mövsümün ilk yarısını necə qiymətləndirirsiz?

- Ümumi götürsək, pis dəyərləndirmirəm. Çox şey öyrəndim və “Eybar”dad a əlimdən gələni etdim. Fikrimcə, uğur mənim tərəfimdə idi. Sadəcə zədəm oldu və bu müəyyən problemlər yaratdı. Kaparros, Sandoval və Mendilibar kimi məşqçilərdən öyrəndim. Orda qazandığım təcrübə mənə çox kömək edəcək.

- “Kordoba”nın əsas futbolçularından ola biləcəksiz?

- Mən çalışmalıyam. Bunun üçün əlimdən gələni etməliyəm. Futbol sahəsində biliklərimi artırmalıyam.

- Başqa təklifləriniz var idi və seçimi niyə “Kordoba” üzərində etdiz?

- Var idi. Hamısı maraqlı təkliflər idi. Amma “Kordoba”dan gələn təklif mənə uyğun idi.

Elsevər