Onların mübarizəsi maraqlı görüntülərə səbəb oldu - Fotolar

onlarin-mubarizesi-maraqli-goruntulere-sebeb-oldu
Oxunma sayı: 3732

Paris-2024 Yay Olimpiya Oyunlarının basketbol turnirində Fransa və Yaponiyanın kişi  komandaları arasında keçirilən matçda yarışın ən uzun və ən qısa basketbolçusunun üz-üzə gəlməsi maraqlı görüntülərə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, fransızların oyunçusu Viktor Vembanyama asiyalıların üzvü Yuki Toqaşinin mübarizəsi xüsusi diqqət çəkib. 

Belə ki, Viktor Vembanyamanın boyu 2 metr 22 sm, onun rəqibi olan yaponiyalı Toqaşinin boyu isə 1 metr 67 sm-dir. 

Fransızlar bu görüşdə 94:90 hesablı qələbə qazanıb. 

Həmin anların fotolarını təqdim edirik: