Dünya ulduzlarının demək olar ki, hamısının şəxsi mühafizəçiləri var. Onlar məşhur simanın təhülkəsizliyi ilə yanaşı, media, paparassi və fanatlarından xilas edir.
Mühafizəçilərin əksəriyyəti də qoruduğu ulduz qədər məşhurdur. Onların da bir müddətdir ki, pərəstişkar kütləsi meydana gəlib.
“Qafqazinfo” ulduzu parlayan mühafizəçiləri təqdim edir:
Fəsətinli gözəl, “Viktoriya Sekret”in ulduzu Bella Hadidi qoruyan şəxs Jason Statham və Bruce Willisə bənzərliyi ilə seçilir. Hətta “Vogue” jurnalı modelin mühafizəçisinin stili barədə yazı da hazırlayıb.
.jpg)
“Black Eyed Peas” qrupunun solisti Ferqinin şəxsi mühafizəçisi hər zaman Kardaşyan ailəsinin yanında gördüyümüz Pascal Duvierdir. O, Kim Kardaşyan, Keti Perri kimi bir çox məşhurlarla çalışıb.
.jpg)
Dünya ulduzu Beyonsun mühafizəçisi isə 5 dil bilən, təhlükəsizlik xidməti ilə bağlı şirkəti olan Julius De Boerdir.

“Harry Potter” filmlərinin ulduzu yıldızı Daniel Radcliffeni müşayiət edən uzunboylu, yaraşıqlı və sarışın Sam barədə geniş məlumat yoxdur.
.jpg)
Tim Chung Kardaşyan-Cenner ailəsinin şəxsi mühafizəçisidir. O, indi məşhur model Kayli Cenner ilə çalışır. Tim bir çox məşhur jurnalların, eyni zamanda avtomobil markasının siması olub.
.jpg)
Əvvəl polis olan, sonra 2005-ci ildə “Mister Europe” adını qazanan Peter Van der Veen Ledi Qaqa və ingilis müğənni Adellə işləməyə başlayıb.
.jpg)
Məşhur müğənni Cennifer Lopezi qoruyan şəxs isə Antonidir.
.jpg)
Son xəbərlər
Son Xəbərlər