Onların Qarabağ nağılı gerçək oldu... - Video

onlarin-qarabag-nagili-gercek-oldu
Oxunma sayı: 3187

Haqqında kitab-dəftərdən oxuduqları, tam dərk etmədikləri Qarabağ məfhumu artıq onlar üçün də xəyal yox, reallıqdır. Şanlı Ordumuzun sayəsində yay tətillərində gedib görə biləcəkləri vətən torpağıdır.  

Əsgərlərimizin apardığı əks-hücum əməliyyatı nəticəsində azad olunmuş torpaqlarımıza ötən gün Qarabağın incisi sayılan - Şuşa da əlavə olunub. 

Hərbi geyimdə redaksiyamızda qonaq olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 318 saylı tam orta məktəbin məktəbəqədər hazırlıq qrupunun şagirdləri də Qarabağla bağlı arzularını çatdırıblar.  

“Qafqazinfo” həmin videonu təqdim edir:

Pərvin Zeynal