“Onların qarşısında baş əyirik” - Adil Kərimli

onlarin-qarsisinda-bas-eyirik
Oxunma sayı: 2771

“Qeyd etmək istərdim ki, forumun vaxtı 10 aprel tarixinə təyin edilsə də, lakin təəssüflər olsun ki, bizim hər birimiz üçün, bütün mədəniyyət ictimaiyyəti üçün dəyərli olan sənətkarımızın, Azər Paşa Nemətovun vaxtsız vəfatı onun vaxtının dəyişməsinə səbəb olub”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin birinci müavini və nazir səlahiyyətlərini icra edən Adil Kərimli “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən ilk Teatr Forumunda çıxışı zamanı deyib.

O, Azər Paşa Nemətovun vəfatının böyük itki olduğunu bildirib: “Azər Paşa Nemətov böyük bir sənətkar idi. Azərbaycan teatrı üçün, Azərbaycan mədəniyyəti üçün böyük xidmətləri olan şəxsiyyət idi. Təbii ki, bizim forumumuz, işlərimiz davam etməlidir. Lakin Azər Paşa Nemətovun timsalında dünyasnı dəyişmiş bütün teatr fədailərinə Allahdan rəhmət diləyir və Azərbaycan teatrının inkişafı istiqamətində göstərdikləri əvəzsiz töhfələrə görə, onların qarşısında baş əyirik”.

Xatırladaq ki, Azər Paşa Nemətov aprelin 9-da 76 yaşında ürəktutmadan vəfat edib. Aprelin 10-u İkinci Fəxri xiyabanda dəfn edilib.