“Onların səlahiyyəti yoxdur...” - - Əli Kərimli

onlarin-selahiyyeti-yoxdur-
Oxunma sayı: 1664


“Qafqazinfo” xəbər verir ki, bunu AXCP sədri Əli Kərimli Azadlıq qəzetinə müsahibəsində deyib. O, bildirib ki, bələdiyyə seçkiləriylə bağlı çoxlu islahatlar tələb olunur: “Bu islahatları nəhayət, seçkidən əvvəl həyata keçirmək lazımdır. Çünki bu islahatlarla bağlı tələb bir qayda olaraq seçkiyə 3-4 ay qalmış səsləndirilir. Azərbaycan hökuməti də bu tələbə standart cavab verir ki, artıq vaxt keçib və bu islahatları reallaşdırmağa vaxt yoxdur. Bu gün Azərbaycanda bələdiyyələr yox dərəcəsindədir. Əvvəlla, iki milyonluq Bakı şəhərində Böyük Bakı Bələdiyyəsi yoxdur. O cümlədən Azərbaycanın digər böyük şəhərlərində də şəhər bələdiyyələri formalaşmayıb. Olan bələdiyyələrin isə səlahiyyəti həddindən artıq məhduddur. Bələdiyyələr faktiki icra hakimiyyətlərinin qeydiyyat dəftərxanası kimi fəaliyyət göstərirlər. İcra hakimiyyətləri torpaq satmaq, bələdiyyələr isə o işi rəsmiləşdirməklə məşğul olur. Ona görə də vətəndaşlarımızın özünün də bu prosesdə iştirak etməyə marağı azdır. Amma gərək biz vətəndaşlarımıza vəziyyəti dəyişmək üçün izah edək, səylərimizi göstərək. Hər halda biz Milli Şurada müzakirələri davam etdirəcəyik, bələdiyyələrlə bağlı islahatların başlamasına çalışacağıq. Bunun nəticəsinə uyğun olaraq da qərarlarımızı yaxın zamanlarda dəqiqləşdirəcəyik”.