“Onların yarımmüdafiə xətti güclüdür” - Ebah

onlarin-yarimmudafie-xetti-gucludur
Oxunma sayı: 864

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutan “Kəpəz” – “Daçiya” (0-0) oyunundan sonra “Kəpəz”in kamerunlu hücumçusu Julien Ebah jurnalistlərə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- “Daçiya” ilə oyun haqqında fikirlərini bilmək maraqlı olardı...

- Fikirləşirəm ki, biz komanda olaraq bu oyunda çox yaxşı iş gördük. Yaxşı qol epizodları yaratsaq da, bundan istifadə edə bilmədik. Düşünürəm ki, çatışmayan cəhətimiz qol vurmamağımız idi.

- Necə fikirləşirsən, belə oyunla mərhələ keçmək olar?

- Əlbəttə, biz bunu bacaracağıq. Şanslarımız var. Hər iki komandanın şansları bərabərdir. Biz Azərbaycan futbolu üçün çalışırıq. Səfərdə məğlubiyyət yox, qələbə üçün mübarizə aparacağıq. Növbəti mərhələyə adlamaq üçün yaxşı imkanımız var və inanıram ki, bunun öhdəsindən gələcəyik.

- “Daçiya” haqqında nə deyə bilərsən?

- Rəqibimizin də şansları var. Çünki onlar öz meydanlarında oynayacaqlar. "Daçiya" yaxşı komandadı və onları dəyərləndirmək lazımdı.

- Rəqibin ən yaxşı futbol oynadığı mövqe hansıdı?

- Düşünürəm ki, "Daçiya” yarımmüdafiə xəttində çox güclü oynayır.

- Komandanızın yeni trasnferləri haqqında nə deyə bilərsiniz?

- Bu gün gördüyünüz kimi, yeni oyunçularımız komandaya uyğunlaşma dönəmindədilər. Fikrimcə, onlar yaxşı futbolçulardı və gələcəkdə komanda üçün böyük işlər görəcəklər.