“Onlayn imtahanların keçirilə bilməsi üçün müəyyən şərtlər var”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O bildirib ki, bu zaman onlayn və oflayn imtahanların birgə keçirilməsi nəzərdə tutulub:
“İmtahanda onlayn iştirak edən şəxs evdə kəsilməz internetə və texniki avadanlıqlara sahib olmalıdır. Oflayn imtahan zamanı isə biz hansısa zallara şagirdləri dəvət edib onları kompüter və internetlə təmin edirik. Ancaq bu, hələ ki, dəqiqləşdirilməyib, müzakirə edilir. Necə uyğun olsa, elə edəcəyik”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər