“Qafqazinfo”nun ıctnews.az-a istinadən məlumatına görə, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur.
Sınaq imtahanlarında yüksək nəticə göstərənlərin əsas imtahanlarda hansı göstərici ilə qarşılaşacaqlarını müəyyənləşdirə biləcəklər. Qeyd edək ki, sınaqlarda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə əldə etmək mümkündür.
Hər bir namizəd iş nömrəsi və şifrdən istifadə etməklə “eservices.tqdk.gov.az/sinaq/” səhifəsində qeydiyyatdan keçə və özünü sınaya bilər.
Son xəbərlər
Son Xəbərlər