“Onsuz da bərbad olan Rusiya-ABŞ münasibətləri…”

onsuz-da-berbad-olan-rusiya-abs-munasibetleri
Oxunma sayı: 632

Rusiya prezidenti Vladimir Putin ABŞ-in Suriyaya hücumundan danışıb.

 “Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, rusiyalı lider ABŞ-ın bu addımının onlarla olan münasibətə zərər verdiyini hesab edir. Putinin fikrincə,  ABŞ-ın hücumu terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyanın yaradılması üçün ciddi maneə yaradır.

 Rusiya liderinin bu fikirlərini onun mətbuat katibi Dmitri Peskov jurnalistlərə çatdırıb.  Baş verənləri şərh edən Peskov “Vaşinqtonun bu addımı onsuz da bərbad olan Rusiya-ABŞ  münasibətlərinə ciddi zərbə vurur”,-deyib.

Aysel Kərimova