“Mənim üçün əsas mahnıda molediyadır. Mahnılarım hər zaman aktualdır. Tələbələrim yoxdur. Çoxları mənim janrımda oxuyur. Sintezatorları Azərbaycana mən gətirmişəm. Diskoteka ritmlərini milli mahnılarla sintez etdim. Toylarda gördüm cavanlar tvis oynayır. Dedim bizdə də bu cür mahnılar olsun. Müğənnilər mahnılarımı oxuyanda məndən icazə alırlar. Türkiyədə Ceylan mənim “Azərbaycan maralı” mahnımı götürüb anonim adı ilə oxumuşdu. Gördüm mahnı əldən çıxır. Məleykə Əsədovaya dedim ki, gəl o mahnını duet oxuyaq. Amma icazə almaq yaxşı şeydir, halallıq olmalıdır”.
Son xəbərlər
Son Xəbərlər