“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray”ın kapitanı, derbidə azarkeşlərin və baş məşqçi Mançininin münasibətini birmənalı qarşılamayan və formasını çıxararaq oyunu yarımçıq tərk edən Selçuk İnan haqqında qərar qəbul edilib. Klub Selçuku bağışlayıb.
Baş məşqçi Roberto Mançini də futbolçusuna dəstək verib və rəhbərliyə onun barəsində şikayət etməyib. Məşq zamanı bir araya gələn futbolçu və italyan mütəxəssis arasında gedən söhbətdən sonra razılıq əldə olunub. Selçuk derbidə etdiyi hərəkətə görə Mançinidən üzr istəyib və problem öz həllini tapıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər