Məhur türkiyəli aktrisa Yasemin Özilhan karyerasına daha davam etməyəcək.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
Biznes sahəsi ilə məşğul olan Özilhan bu istiqamətdə fəaliyyətini artırmaq istədiyini və bir daha filmlərdə çəkilməyəcəyini söyləyib.
Qeyd edək ki, aktrisa 2011-ci ildə iş adamı İzzet Özilhanla ailə həyatı qurub. Bu evlilikdən cütlüyün 2 qız övladı var.






Son xəbərlər
Son Xəbərlər