Müğənni Serdar Ortaç həyat yoldaşı Kloe Lougnanla görüntülənib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni Kloeni döyməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“ABŞ-da yolda gedərkən yıxılıb. Bəzi xəbər saytları onu döydüyümü yazıblar. Kloeni döyməyimi kənara qoyun, saçının telinə zərər gəlsə, ölərəm”,-deyə ifaçı bildirib.
Qeyd edək ki, yayılan xəbərlərdə yazıbı ki, model Amerikada iş görüşməsindən sonra yoldaşları ilə gecə klubuna gedib. Onun yanında qısa zamanda tanış olduğu kişi dostları olub. Qrupda olan amerikalı yoldaşlarından biri spirtli içkini çox qəbul edib və əlini modelə toxundurub.
Lougnan onun bu hərəkətindən qəzəblənib, əli ilə sərxoş dostunu itələyib. Ayağı büdrəyib yerə düşən sərxoş amerikalı, hirslə ayağa qalxıb modelə yumruq atıb. Yazılanlara görə, Kloe başına gələni ərindən gizlətmək üçün yıxıldığını deyib.




Son xəbərlər
Son Xəbərlər