Onu İngiltərədə “ağ yuyub, qara sərirlər”

onu-ingilterede-ag-yuyub-qara-serirler
Oxunma sayı: 1482


 “Qafqazinfo” xəbər verir ki, ingilis mediası, “Mançester” azarkeşləri, hətta futbolçular da Moyesdən narazılıq edirlər. “Mançester Yunayted”in aparıcı futbolçularından olan Van Persi birbaşa olmasa da, dolayı yolla Moyesdən narazı olduğunu dilə gətirib və onun taktikasını bəyənmədiyini vurğulayıb: “Meydanda yer tutmaq baxımından əziyyət çəkirəm. Çünki komanda yoldaşlarım bəzən mən oynayacağım mövqelərdə çıxış edirlər. Bu da mənə top qazanmağa maneçilik törədir. Bununla belə, Moyes və komanda əlindən gəldiyi qədər yaxşı oynamağa çalışır”

Xatırladaq ki, Çempionlar Liqası 1/8 final mərhələsi çərçivəsində “Olimpiakos”un qonağı olan “Mançester Yunayted” 2-0 hesabı ilə məğlub olub.


İqbal