Onu məhkəmədə müdafiə etmiş vəkillə sevgilidir - Fotolar

Onu məhkəmədə müdafiə etmiş vəkillə sevgilidir
Oxunma sayı: 3372

Hollivud aktyoru Conni Depp bir müddət əvvəl onu keçmiş həyat yoldaşı Ember Herdlə məhkəməsində müdafiə etmiş vəkil Coel Riçlə münasibətdədir.

Bu barədə “Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir.

Həmçinin oxuyun: У зятя экс-замминистра украли 70-килограммовый сейф - Фото

Məlumata görə, Riç “Schillings” beynəlxalq hüquq şirkətinin tərəfdaşıdır. Onun müştəriləri arasında şahzadə Harri və Meqan Markl da var.

Nəşr yazır ki, Riç Deppi sonuncu məhkəmə iclasında müdafiə edib. Həmin ərəfədə onlar eyni hoteldə yaşayıb.

Cütlüyün münasibətləri haqda “Us Weekly” nəşri də yazıb. Məlumata görə, vəkil və həyat yoldaşı, maliyyətçi Conatan Riç arasında boşanma prosesi gedir. Onların iki övladı var.

Qeyd edək ki, Conni Deppin keçmiş həyat yoldaşı Ember Herdə qarşı uzunsürən məhkəmə prosesi bu ilin mayında başa çatıb. Qadın aktyoru məişət zorakılığında ittiham edirdi. Öz növbəsində, Depp aktrisanı böhtan atmaqda ittiham edib. Məhkəmə aktyoru haqlı bilib və Ember Herdin pul konpensasiyası ödəməsinə dair qərar çıxarıb.