“Onu necə əfv etmək olar?” - - Spiker

onu-nece-efv-etmek-olar-
Oxunma sayı: 3835



“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, Azərbaycanda bəzi şəxslərin həbsdə olmasından cəmiyyətin böyük qismində narahatlıq yoxdur: “Əgər bu məsələ cəmiyyətin böyük qismini narahat etsəydi, ən azından burada parlamentarilər məsələni qaldırardılar. Əksinə, cəmiyyəti narahat edən məsələ odur ki, nə üçün İsmayıllıda iğtişaşlar törədilib, nə üçün NİDA-çı gənclər hadisələrdə iştirak ediblər. Bu cür narazılıqlar kənardan, Azərbaycandan xaricdə olan qüvvələrin müdaxiləsi nəticəsində baş verib”. 

Ə.Hüseynli hesab edir ki, indiki mərhələdə hər kəs Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır : “Məhkəmə qərarları qüvvəyə minməmiş fikir yürütmək lazım deyil. Digər tərəfdən, Azərbacan Avropa Məhkəməsinin yurisdiksiyasındadır və Avopa Şurasının üzvlərindən fərqli olaraq biz hətta məhkəmədə sürətlə bxılmasını imkan verən protokolları təsdiqləmişik. Hər kəs bu imkanlardan yararlana bilər”. 

Spiker Oqtay Əsədov isə qeyd edib ki, əfv fərmanlarından ümumilikdə 5000 –dən artıq insan azadlığa çıxıb : “İndi deyirlər ki, kimsə əfv olunmayıb. Kimsə əfv olunmaq üçün müraciət etməlidirmi, ya yox? Əgər müraciət etməyibsə, onu necə əfv etmək olar? Bəziləri fikirləşir ki, insan cinayət törədibsə mütləq əfv olunmalıdır. Həbsxanalar insanların islah olunması üçündür”