İzləyiciləri aktrisa Ülviyyə Xəlilbəylini plastik əməliyyat etdirməkdə və kosmetoloji prosedurlara çox əl atmaqda ittiham ediblər. Bu barədə məşhurun sonuncu instaqram paylaşımının şərhlərində yazılıb.
“Qafqazinfo” xəbər verir ki, Xəlilbəyli ittihamlara səssiz qalmayıb. Aktrisa onu tənqid edənlərə belə cavab verib:
“Əvvəlki həssas Ülviyyə yoxdur. Nə istəyirsizsə, düşünün və yazın. Vecimə deyil. Birazdan şəklimlə kosmetoloqlara, plastik cərrahlara gedəcəksiniz. Həmişəki kimi! Əksəriyyətindən xəbərim var. Sizin zənn etdiyiniz qədər süniliyə can atıb üzümü dolduranlardan deyiləm. Yəni, canımın və dərimin qədrini bilirəm. Siz atın, tutun, ürəyiniz nə istəyirsə, yazın. Bu qədər dərdimi çəkən var. Mənə nə lazımdır? Zamanımı gözləyirəm, məqamdı çatanda lazımi açıqlamanı verəcəyəm”.



Son xəbərlər
Son Xəbərlər