Onu şərləyən bloqerdən 1 milyondan çox təzminat alacaq

onu-serleyen-bloqerden-1-milyondan-cox-tezminat-alacaq
Oxunma sayı: 2547

Amerikalı ifaçı Kardi Bi (Cardi B) onu şərləyən bloqer Lataşa Kebeyə məhkəmədə qalib gəlib.

“Qafqazinfo” TMZ portalına istinadən xəbər verir ki, bloqer öz videolarında Kardi Binin fahişə işlədiyini, cinsi xəstəliklər və narkomaniyadan əziyyət çəkdiyini danışırdı.

Məhkəmə bu ittihamları böhtan hesab edib. İndi Kebe mənəvi zərər üçün müğənniyə 1,25 milyon dollar təzminat ödəyəcək.