Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının püşkatma mərasimində jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” R. Musayevin müxtəlif məsələlərlə bağlı cavablarını təqdim edir:
- Danışılmış oyunlarla bağlı vəziyyət nə yerdədir?
- Ola bilər ki, hanısasa komandasının adı danışılmış oyunlarda hallanmasın, amma çempionata qatılmasın. Ruslan Tağızadənin atası canımı boğazıma yığıb. And verir ki, oğluma kömək et. Halbuki onun oğlunun adı danışılmış oyunlarda hallanır. Deyir ölkənin bayrağın qaldırmışıq? Harda qaldırıb, bilmirəm. Əvvəlki pullar yoxdur, səviyyəsi uyğun olmayanlar özlərinə başqa iş tapsınlar. Mənim oğlum çoxundan zəif deyildi. Amma gördü ki, alınmır, qırağa çəkildi. 22 – 23 yaşlı futbolçu özünü isbatlaya bilmirsə, başqa iş tapsın.
Hüquqi izahı budur ki, yeni klubların ömrü az olur. Bu məsələni qaldırdıq. Belə qərara alındı ki, regional liqada 1 il özünü dolandıra bilsə, sonra diviziona buraxılsın. Maliyyə ayırmaq istəyən varsa da, özünü Regional Liqada çıxış etsin.
- Elxan Məmmədov deyir ki, 3 il çıxış etsin. Heç bir sponsor 3 il ora maliyyə buraxmaz...
- Adıçəkilən komandanın sponsoru bir nəfər deyil. Maraqlanasan ki, onun problemi var, ya yox. Əgər bir nəfərdən asılı olsaydı, maraqlanardıq. Şübhəli və müəmmalı olduğuna görə belə qərar verdik. Başqa komandalar da var. Biri var ki, sponsor bir nəfərdir, bir də çox var. Əgər təlimat gəlsə, doğrudan da bu klubu maliyyələşdirən adam var, onda baxarıq. Elxan müəllim qanunla 3 il deyib, amma 1 il sonra diviziona gələ bilər.
- Yüz faiz zəmanət verirsiz ki, kimsə klub olmaq istəyirsə, mane olmayacaq...
- Mümkün deyil. Mən deyirəm ki, birinci divizonda oynamaq istəyirsə, mane olmayacağıq. Keçən il biri var idi danışırdı, amma püşkatmaya gəlmədi. Sonra məlum oldu ki, pulu özü vermirdi.
- Milliyə futbolçu tapımırsa, bu qədər futbolçu sayı açıqıanır...
- Onlar uşaq futbolçulardır.
- "Topaz" çempionatın sponsorudur və olmaz ki, çempion olan komandalara hər hansı mükafat ayırsın...
- "Topaz"ın bizimlə müqaviləsi 600 min manat dəyərindədir. Düzdür, başqa ölkələrdə bu var. Vaxtilə bunu etmişik. İndi maliyyə imkanları buna imkan vermir. Sonuncu iclasda Rövnəq Abdullayev bildirdi ki, birinci divizionda 1,2 və 3-cü yerin sahiblərinə mükafat ayrılsın.
- Hakimlərin təlim-məşq toplanışı olmadı. Problem olmayacaq?
- Ümid edirəm ki, olmaz. Dünən gördüm ki, Xaqani Məmmədov hakimin birinin qarnıma əl vurub deyir ki, bunu "yox et".
- Hakimlərə forma verildi?
- Həll edildi. Formalar verilib. Hakimlərin qonorarı da yetərincədir.
- Oyunların günləri nə zaman olacaq və arasındakı saat fərqini də 3 saata yüksəltmək olar...
- Oyunlar arasındakı 3 saat fərqini edəcəyik. Yayda bunu etmək çətin olsa da, çalışacağıq. Yanvar ayına ədər 6 və bazar günləri olacaq matçlar.
- Berti Foqtsdan ənənə qalıb ki, milliyə görə böyük fasilələr yaransın...
- Qurban Qurbanova kömək etməliyik. Onun belə kaprizləri yoxdur. Amma milli üçün hər şeyə hazır olmalıyıq.
Elsevər Məmmədov
Son xəbərlər
Son Xəbərlər