“Onun Azərbaycanı seçməsində təəccüblü heç nə yoxdur”

onun-azerbaycani-secmesinde-teeccublu-hec-ne-yoxdur
Oxunma sayı: 654

Rusiya mətbuatı hələ də Ramil Şeydayevin Azərbaycan bayrağı altında oynamasını həzm edə bilmir. “Qafqazinfo” xəbər verir ki, “Sport-Express”in müxbiri İqor Rabiner ölkəsinin ali futbol qurumunu top atəşinə tutub.

Rabiner Ramilin ünvanına ən xoş sözləri deməyi də unutmayıb: “Luçeski deyir ki, ona “Zenit-2” lazım deyil. Bəs, onda inkişaf etmək üçün gnclər motivasiyanı hardan alsınlar? Vladislav Radimov yetirmələrinə nə desin? Ramil Şeydayevin Türkiyəyə üz tutmasında, Azərbaycanın dəvətini qəbul etməsində təəccüblü heç nə yoxdu. Onu da qeyd edim ki, Şeydayevin istedadı Kerjakovdan az deyil. Kerjakov nə 17 yaşlılar arasında Avropa çempionu olub, nə də qitənin U-19-ları arasında seçmə və final mərhələsinin cəminə görə, ən sərrast futbolçu”.

“Sport-express”in əməkdaşı sonda Rusiya Futbol İttifaqını da sərt tənqid edib: “Yeri gəlmişkən, biz Şeydayevin futbol vətəndaşlığını Azərbaycana dəyişməsinə icazə verən sənədə qol çəkən ali futbol qurumumuzun əməkdaşının adını öyrənməliyik. Məndə olan məlumata görə, Rusiya Futbol İttifaqının yazılı razılığı olmadan bu, mümkün deyildi. Qoy, Vitali Mutko həmin şəxsin adını çəksin”.