“Onun çıxışı vəziyyəti dəyişdirəcək”

onun-cixisi-veziyyeti-deyisdirecek
Oxunma sayı: 3622

İyunun 9-da müxalif “Vətən naminə Tavuş” hərəkatı İrəvanın Respublika meydanında böyük mitinq keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Священная борьба” teleqram kanalı yayıb. 

Mitinqin yerli vaxtla 18:30-da başlayacağı bildirilir. 

“Bu bizim qələbəmiz üçün həddindən artıq vacibdir. Həmin gün Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan vəziyyəti dəyişdirəcək, vacib nitq söyləyəcək”, - deyə məlumatda qeyd olunub.