“Onun dalınca prezident təyyarəsi göndərə bilərəm” - Poroşenko

onun-dalinca-prezident-teyyaresi-gondere-bilerem
Oxunma sayı: 2516

Prezident Petro Poroşenko azadlığa buraxılacağı təqdirdə ukraynalı pilot Nadejda Savçenko üçün prezident təyyarəsi göndərməyə hazır olduğunu bildirib.

“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Danimarka baş naziri Lars Rasmusenlə keçirdiyi birgə brifinqdə bəyanat verib:

“Bu gün Nadejdanın anası və bacısı ilə görüşüm olacaq. Mənim tərəfimdən Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar veriləcək. Həmin tapşırıq xarici işlər nazirinə də verilib. Bu, çətin tapşırıqdır. Düşünürəm ki, mümkün qədər tez -Nadejdanın evə qaytarılması ilə başa çatdırılmalıdır. Mən bütün hallarda qeyd etdim ki, öz nümayəndələrimlə birgə prezident təyyarəsini Nadejdanı evə gətirmək üçün göndərməyə hazıram”.