Müğənni Samira Allahverdiyevanın konserti baş tutub.
“Qafqazinfo” xəbər verir ki, xeyriyyə məqsədli tədbir şəhər restoranlarından birində baş tutub.
“Qoy hər ürək döyünsün” adlanan gecədən əldə olunan gəlir səhhətində problem olan Davud Həmzəyev adlı körpənin əməliyyatına sərf olunacaq. “Mən gəlirəm ” adlı mahnısı ilə səhnəyə çıxan Samira gələn qonaqları salamlayıb.
Sənətçi konsertlə bağlı təəssüratlarını bölüşüb:
“Bu konsert xeyriyyə məqsədi ilə keçirildi. Buradan əldə olunan vəsait Davud balamızın 3-cü əməliyyatına sərf olunacaq.Mən həyatımda heç vaxt şöhrət dalınca qaçmamışam. Qaçmaq da fikirim yoxdu. Müğənni olmaq arzum idi və oldum. Bir parça çörək pulu qazanıramsa, nə xoş mənə.
Şou proqramlardan qazandıqlarım ilə balalarımı dolandıra bilirəmsə, mənə bəsdir. Mənə briliyant və qızıl lazım deyil. Təki körpələr sağlam olun”.
Gecəyə qatılan tanınmışlar sırasında əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, müğənnilər Elnarə Xəlilova və Niyam Salami olub.








Son xəbərlər
Son Xəbərlər