“Onun hər halını sevirəm...”

onun-her-halini-sevirem
Oxunma sayı: 8417

Türkiyənin məşhur cütlüyü- aktyor Burak Özçivitlə aktrisa Fahriye Evcen uzun müddətdən sonra KİV qarşısına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, onlar İstanbulun mərkəzində yerləşən restoranda görüntüləniblər. Burak və Fahriye məkana iki milyon lirəyə aldığı “Porsche” markalı avtomobillə gəlib.

“Kuruluş Osman” serialının yeni sezonu üçün saçlarını kəsdirib saqqal buraxan Özçivit yeni imicini bəyəndiyini bildirib.

Evcen isə “Burakın hər halını sevirəm, amma bu imicini daha çox sevdim”,- deyə şərh verib.