“Onun hərəkəti xoşuma gəlmədi” - Qriqorçuk

onun-hereketi-xosuma-gelmedi
Oxunma sayı: 2239

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk  Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Arsenal” klubu ilə 3:3 hesablı bərabərliklə nəticələnən yoxlama matçından sonra brifinq keçirib.

“Qafqazinfo” xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.


- Roman İosifoviç, nədən başlayaq? Oyundan, yoxsa "Astana" söhbətindən?

- (Gülür) Bu məlumatı oxumamışam, ancaq yazılanları mənə deyiblər. Nədən başlayırıq?


- Sizə hansı münasibdi. Gəlin, oyundan...

- Əlbəttə, oyundan. Danışılası başqa heç bir şey yoxdu. Bu gün elə bir haldı ki, yalnız razı qalmadım, çox razı qaldım. İlk növbədə ondan razıyam ki, çox yaxşı komandaya qarşı oynaya bildik. Bu gün bir sıra oyun keyfityyətlərinə görə çox yaxşı məşq etdik. Deyərdim ki, təkcə yeni yox, təsdiqləyən informasiya əldə etdim. Oyunda gördüklərim bunu təsdiqlədi və çox şadam. Hesab edirəm ki, bugünkü oyundan çox faydalı nəticələr əldə etdik. Şükür Allaha ki, bu gün hər şey belə yaxşı alındı.


- Yəqin, bu komponentlərdin biri odu ki, komandanız 3 dəfə hesabda geridə olaraq hər 3 dəfə tarazılığı bərpa edə bilib...

- Bu da az əhəmiyyətli deyil. Ancaq nəticənin özü yoxlama oyunlarında önəmli deyil. Əlbəttə, hər znman qalib gəlmək istəyirsən. İstəyirsəm ki, hər zaman hesabda sən irəlidə olasan, geridə yox. Vacib olan bu, yox, əvvəl dediklərimdi. Bu, məni çox maraqlandırırdı. Bu gün meydanda gördüklərimə görə çox şadam.
 

 - Adamı təəccübləndirən bir fakt var ki, Antalyada sizi nə qədər görmüşük, ancaq belə emisonal şəkildə olmamışdınız. Xüsusilə ilk hissədə...

- Məşq oyunlarında emosiyaları çox üzə çıxarmırıq. Düşünmürəm ki, belə oyun tapasınız. Hərəkətlərimi nəzərdə tutursunuz?


- Bəli, emosiyalarınızı cilovlaya bilmirdiniz....

- Yəni bu, çempionat matçları ilə eyni idi. Yoxlama oynlarına münasibətimi dedim, bu, bizdə başqadı. Həmişə futboçularıma deyirəm - 1 faiz şansımız var ki, lazımsız mübarizəyə gedək. Hansı ki bundan qaçmaq olar, ona görə futbolçulara heç nə demərəm. Çünki hər şeyi başa düşürəm. Bilrisiniz, komandalar bu oyunlarda fərqli məşq edirlər.  Ola bliər ki, bu məqamlara diqqət yetirməmisiniz. Ancaq mən etmişəm. Məsələn, istəyirəm ki, komandam düzgün məşq etsin. Bugünkü oyunu nəzərdə tutmuram, rəqibimiz çox ciddi idi. Ancaq çox oyun var ki, futbolçular sadəcə, lazımsız follar edirlər, rəqibin formasından dartıb saxlayırlar. Anlaşılmayan odu ki, onlar nəyi məşq edirlər. Çalışırıq ki, yoxlama oyununa düzgün yanaşaq. düzgün məşq edək. Ola bilər ki, bu matçlarda daha çox sakit olursan, nəinki rəsmi matçlarda.


- Penaltidə topa Təmkin Xəlilzadə yaxınlaşdı, nə Filip Ozobiç, nə Cavid Hüseyov, Baqali Dabo yox. Bu, sizin tapşırığınız idi?

- Yox. Açığı, demədim ki, penaltini kim vursun. Aydın məsələdi ki, start heyətdə bu zərbəni vuran bəlli idi.


- Kim?

- Bunu özümüz bilirik, demərik. Ancaq ikinci hissədə olan epizodda niyə zərbəni vurmaq üçün topu Təmkin götürdü, bu, açığı, xoşuma gəlmədi. Həmin anda heç nə demək istəmirdim, ancaq Xəlilzadənin hərəkətini bəyənmədim. Başa düşmədim ki, bu, futbolçuya nəyə lazım idi. O, komandaya yeni gəlib, dərhal penalti vurasan. Hərçənd, bundan nə olacağını müşahidə etmək mənə maraqlıdı. Çünki bu hərəkət də çox şeydən xəbər verir, insanı tanıyırsan. Deməzdim ki, Təmkin penaltini vurmayandan sonra hansısa mənfi qiymət aldı. Yox, ancaq nədənsə hərəkəti xoşuma gəlmədi. Hərçənd, məndə olub ki, yeni futbolçu gəlib, penaltini vurub, qol da olub olmayıb da. Ancaq onda başqa cür idi. İndisə belə hərəkət xoşuma gəlmədi.


- Bəlkə futbolçunun psixolojiyasıyla bağlıdı? Təmkin "Zirə"də lider idi, burda da özünü belə hiss edir...

- Söhbət liderlik uğrunda mübarizədən gedirsə, bu, həmişə yaxşıdı. Ona görə ki, hər bir fubolçu öz nümunəvi hərəkətiylə lider olmağa çalışmalıdı. Ancaq düşünmürəm ki, penati elə haldı, bununla komandada yüksək statusa malik olasan. Meydanda başqa çox şey var ki, onunla komandada yüksək mövqeyini tuta bilərsən, nüfuz sahibi, avtoritet olasan. Təmkini nə söyəcəm, nə də hansısa irad bildirəcəm. Bu, qəti şəkidə olmayacaq. Ancaq xoşuma gəlmədiyini diqqətə çatdıracam.


- Endi Halideylə Dey Bultuis komandadan getsə də, hələ onların mövqeyinə futbolçular alınmayıb. Vaxt da azalır. Səbəb nədi?

- Həmin mövqeyə transferlər haqda düünürük. Onlar gedəndə bilirdik ki, mövqeləri variantlar edə biləcəyimizdi. Ancaq bizə yüz faiz hücumameylli futbolçu lazımdı. Bunun üzərində işləyirik.

 

- Kimdi namizəd?

- Açığı, hələ yoxdu. İş gedir, ancaq konkret bir şey yoxdu.


- Maliyyə imkan vermir?

- Məsələ konkretliyə gedib çatmayıb. Ola bilər ki, səbəblər olub. Hər şey bir-birini tamamlamalıdı.


- Yalnız hücumçu istəyirsiniz?

- Bizə hücumameylli futbolçu lazımdı. Onu hücumçu adlandıraq. Bu transferin vacib olduğunu bilirəm. Ancaq o halda götürəcəyik ki, bizə lazım olduğunu görək. Şübhəmiz olsa, transfer etməyəcəyik.


 - Olsa da bir transfer....

- Əlbəttə. Başqa yeni futbolçuya ehtiyac yoxdu.
 

- Çünki komandadan iki yarımmüdafiəçi gedib...

- Eybi yoxdu. Dediyim ki, həmin mövqelərdə onları əvəzləyən futbolçuları görürük. Bunda problem yoxdu, ancaq bizə hücum xəttinə mütləq futbolçu lazımdı.


- Qurban Qurbanov millinin heyətini açıqladı və "Qəbələ"dən 3 oyunçu dəvət etdi. Bu, hazırlıq planlarınıza mane olmayacaq?

- Xeyr. Bu barədə bizim Qurbanla söhbətimiz olub. İki oyun olsaydı, futbolçularımızı sadəcə, ilk matça yollayacaqdıq. İndi də oyunçularımızı 4 günlük göndərəcəyik.


 - U-21-in oyunundan sonra Rəşad Sadıqov müsahibəsində demişdi ki, Hacıağa Hacıyev çox xoşuma gəlib. Ancaq Roman Qriqorçuka deyə bilmərəm ki, onu mütəmadi olaraq əsas heyətdən oynatsın. Bu haqda nə düşünürüsünüz?

- Bütün oyunçularımı çox yaxşı tanıyıram. Hacı da digərləri kimi əsas komandayla məşq edir. Son olaraq qərarı da mən verirəm ki, kim nə qədər oynamalıdı. İstəyirik ki, öz futbolçularımızı yüksək səviyyədə görək. Qisməti, Hacını və digər gəncləri daha çox meydanda görmək istəyirik. Belə məsələlərdə kiminsə mənə nəsə deməsi qeyri-peşəkarlıq olar.
 

- Haqqınızda "Qəbələ"ni tərk edərək "Astana"ya gedəcəyinizlə bağlı çıxan xəbərlə bağlı nə deyə bilərsiz?

- Belə bir şey olsa, təklif gəlsə, bunu ilk olaraq siz yox, rəhbərliyim biləcək. Bundan başqa nəsə demək artıq işdi.