“Luka Quqeşaşvilinin hərəkətinə əsəbiləşdim. Onunla sərt danışdım”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Azərbaycanın Pemyer Liqasının 24-cü turunda “Neftçi” ilə matçda komandasının qapıçısı Luka Quqeşaşvilinin rəqib azarkeşləri qıcıqlandırmasına münasibət bildirib:
“Azarkeş futbolun gözəlliyidir. Bu cür hərəkətlər olmaz. Meydanda ona əsəbiləşdim. Soyunub-geyinmə otağında da davamı gəldi”.
Son xəbərlər
Son Xəbərlər