“Qafqazinfo” xəbər verir ki, bu fikirləri AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədrinin sözlərinə görə, Əli Kərimlinin özünün də kifayət qədər maliyyəsi var: “Deputat Qüdrət Həsənquliyev parlamentdə Əli Kərimlinin bank hesabını açıqlamışdı, oradan da görünürdü ki, Əli Kərimlinin özünün kifayət qədər pulu var. Razi Nurullayev də mitinqin təşkilatçılığı üçün maliyyə ilə bağlı fikirlər səsləndirib”.
Partiya sədri vurğulayıb ki, ümumilikdə mitinq təşkili üçün çox vəsait lazım gəlmir. Öz təcrübəsini misal göstərən S.Cəlaloğlu hesab edir ki, mitinq təşkil etmək üçün maksimum 1000 dollar pul lazımdır. “1996-cı ildən 2005-ci ilə qədər Azərbaycanda ən çox mitinq təşkil edən partiya liderlərindən biri kimi demək istəyirəm ki, bizim mitinqlərin heç birində külli miqdarda maliyyə vəsaiti tələb olunmayıb. Yalnız bayraqları, texnikanı meydana aparmaq, onları geri qaytarmaq və həbs olunanların ailələrinə baş çəkmək lazım gəlirdi ki, buna da çox böyük pul lazım olmurdu. Maksimum 1000 dollara başa gəlirdi. Bu da bizim ətrafımızda olan yoldaşların köməkliyi ilə təmin olunurdu. Sonradan 2005-ci ilin mitinqlərində şahid oldum ki, mitinqə daha çox pul qoyub, daha çox adam gətirmək təcrübəsi var”.
Son xəbərlər
Son Xəbərlər