“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunda “Şamaxı”nın qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqovun oyundan sonra mətbuat konfransı keçirilib.
Sadıqov futbolçularına təşəkkür etmək istədiyini bildirib:
“Oyunun gərgin keçəcəyini bilirdik. Dünənki nəticələrə baxanda rəqiblərimiz vacib xallar qazanmışdılar. Futbolçularıma təşəkkür etmək istəyirəm.
Birinci hissədə üstün idik. Çox vacib, önəmli qələbə qazandıq. Ayxan Abbasovun komandaları ilə həmişə çətinlik çəkirik. Rəqib ikinci hissədə bir az basqı ilə başladı və qol da vurdular. Baxmayaraq ki, qol sayılmadı. Sonradan toparlanıb, oyuna nəzarəti ələ aldıq.
Bugünkü oyun bizim üçün çox vacib idi. Çünkü burada oynayan komandalar böyük çətinlikə qarşılaşırlar. Sevinirəm ki, üç xal qazandıq”.