“Onun sevgisi mənə məhəbbət hekayəsi yazdırdı”- - Burak

onun-sevgisi-mene-mehebbet-hekayesi-yazdirdi-
Oxunma sayı: 3918


“Qafqazinfo”nun məlumatına görə, cütlük filmi tamaşaçılarla birlikdə izlədikdən sonra  mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Burak bəy, film necə ərsəyə gəldi?

- Fahriye, Selim Bayraktar, rejissor Taner Elhan ilə daha öncə çalışmışdım. Ailə kimi yaxın olduğumuz üçün film çəkməyə cəsarət etdim. Əlimdə bir neçə hekayə vardı. Ən çox istədiyim balıqçı oğlanla dondurmaçı qızın hekayəsi idi.  Fahriyəyə göstərdim çox bəyəndi, 4 günə hekayəni tamamlayıb çəkilişlərə başladıq. Çəkilişlər maraqlı keçdi. Fahriyədən mahnı oxumasını xahiş etdim, qəbul etdi. “Çalıkuşu”nda birlikdə rol almışdıq, enerjimizi tamaşaçılar sevmişdi. Ona görə davam etdirmək istədim. Bu yenidən serial ola bilməzdi, ona görə filmdə bir araya gələməyi məqsədə uyğun hesab etdik. 

- Fahriyə xanımın ifa etdiyi mahnı sevildi. Klip çəkdirməyi düşünmürsünüz?

- Mən də Fahriyə ilə mahnını ifa etmişəm. Bu gün “İnstagram” səhifəmizdə də bu haqda paylaşım etmişdik. Mahnıya klip çəkdirəcəyik. Bu da tamaşaçılarımıza olan növbəti sürprizimizdir. 

- Burak bəy, sevgi münasibətiniz necə başladı?

- İlk dəfə “Çalıkuşu” serialında qarşılaşdıq, enerjimiz uyğunlaşdı. Münasibətimiz film əsnasında inkişaf etdi. Bu sevgi mənə məhəbbət hekayəsi yazdırıb, film çəkdirdi. Sevgimi hekayələrimdə yaşadıram. Sevən zaman başqa biri oluram.

- Filmdə Fahriyə xanıma söylədiyiniz sevgi sözlərini həyatda da deyirsiniz?

- Film mənə aiddirsə, deməli, həyatda da söyləyirəm. Gözəl sözlərin olmadığı həyat yaşana bilməz. 

- Sevginizin gərçək sevgi olduğunu düşünürsünüz?

- Bu haqda çox danışdım. Sevgi filmi çəkmək maraqlı və çətin işdir. “Aşk sana benzer” adlı film çəkmişəmsə, deməli, sevgi var. 

Könül