Onun tacı əlindən alınır - Fotolar

onun-taci-elinden-alinir
Oxunma sayı: 7059

Böyük Britaniyanın gözəllik kraliçası Zara Hollandın verilişdəki uyğunsuz davranışları başına bəla olub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, İTV-də yayımlanan “Eşq adası” proqramında iştirakçı Aleks Bowenlə sevişib, həmin görüntülər efirdə yayımlanıb.  

Realiti şounun son buraxılışında yer alan görüntülər birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə onun tacının geri alınması barədə kampaniyalara start verilib. 

Bunun ardından layihə təşkilatçıları bir araya gəlib, tacının əlindən alınması ilə bağlı müzakirə aparıblar. 

“Gözəllik kraliçasının cəmiyyətə nümunə olmağı kimi bir missiyası var. Zara bunu açıq şəkildə pozub. Bu cür hərəkətə görə onun tacı əlindən alınacaq”,-deyə təşkilatçı açıqlama yayıb.