“Onun vəfat xəbəri məni olduqca kədərləndirdi”

onun-vefat-xeberi-meni-olduqca-kederlendirdi
Oxunma sayı: 4858

Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib. Onun əziz xatirəsi daim yaşayacaq. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

Dövlət başçısı həmçinin İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə də başsağlığı verib.