“Onunla 3-cü dəfə ailə qurmaram” - Video

onunla-3-cu-defe-aile-qurmaram
Oxunma sayı: 3978

Bir müddət əvvəl müğənni Sinan Akçıldan ikinci dəfə boşanan aktrisa Burcu Kıratlı açıqlama verib.

“Qafqazinfo” TV100-ə istinadən xəbər verir ki, o, Sinanla düşmən münasibətində olmadığını deyib: “Düşmənçiliyimiz yoxdur, çünki bir-birimizə pis bir şey yaşatmamışıq. Bir-birimizin qürurunu qıracaq, bir-birimizin üzünə baxa bilməcəyimiz dərəcədə bir şey etmədiyimiz üçün düşmənçiliyimiz də yoxdur. Sevgi bitdikdən sonra dostluğumuz da qalmayacaq, təbii ki”.

Kıratlı Akçılla üçüncü dəfə nikah masasına oturmaq istəmədiyini etiraf edib: “Əslində qismətdə nə varsa onu yaşayırıq. İndi əsla istəmirəm deyərəm, başqa şey olar. Üçüncü olmasın”.

Həmçinin oxuyun: “Türkiyəyə örnək bir ayrılıq görəcəksiniz”