“Onunla başladım...” - Zülfiyyə 52 yaşında

“Onunla başladım...”
Oxunma sayı: 2127

Bu gün Xalq artisti Zülfiyyə Xanbabayevanın ad günüdür. “Qafqazinfo” xəbər verir ki, məşhur müğənni 52 yaşını qeyd edir.

O, bu münasibətlə instaqram səhifəsində “Bu illər mənimdir” başlıqlı maraqlı paylaşım edib. Videoda Xanbabayevanın sənətə gəlişi, arxiv fotoları və mahnıları yer alıb.

“Afişanı Nigar (prodüseri Nigar Hacızadə) görmüşdü. Dedi ki, “Bakı payızı- 1988”ə getməlisən. Uşaqlıqdan bilirdim ki, səhnədə olacam. Mən öz istədiyimi seçdim. Sənətim həmişə başıma ucalıq gətirib. Bu sənətə illərimi verdim. Bu illər mənimkidir, mənə aiddir. Nə qədər həyatdasansa, yazıb yaratmaq lazımdır. Mənə ən böyük dəstək Nigar tərəfdən oldu. Onunla bu yola başladım. İstədiyim çox şeyə nail olmuşam. Heç bir şeyi dəyişmək istəməzdim. Mənim üçün bundan böyük sənət yoxdur”,- deyə Xalq artisti qeyd edib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi